Oğlu maşınla adam vurub öldürən vəzifəli şəxsi güllələdilər - BAKIDA

Dünən Bakının Binəqədi rayonunda törədilmiş silahlı insidentin təfərrüatları məlum olub.
Avtosfer.az lent.az-a istinadən bildirir ki, avtomatla güllələnən 1973-cü il təvəllüdlü Qasımov Hüseyn Əli oğlu bir neçə ay əvvələdək yüksək vəzifədə çalışıb. Keçən ilin yayında onun 15 yaşlı oğlu Bərdə şəhəri Bakı prospektində idarə etdiyi avtomobillə Dövlət Sosial İqtisad Kollecinin direktoru Xaləddin Ələkbərovun 18 yaşlı oğlu Həsəni vuraraq öldürüb. Bundan sonra H.Qasımov barəsində xidməti araşdırma başladılıb və o, Bərdə Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini vəzifəsindən kənarlaşdırılıb.
Bildirilir ki, dünənki hadisə zamanı H.Qasımov istiqamətində avtomat silahla 10-a yaxın atəş açılıb. O, canını çətinliklə qurtara bilib və ayaq nahiyəsindən yüngül xəsarət alıb.
Hadisəni törədən 2 nəfər axtarılır. Onların H.Qasımovu hansı səbəbdən qətlə yetirməyə çalışması hələlik dəqiq bilinmir.
Araşdırmalar davam etdirilir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












