Banner

Oğuzda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB

Qəzalar 3 May 2025 09:00 Oxunub 612
Oğuzda AĞIR QƏZA:  Ölən var - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun, rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxıb və nəticədə qəza baş verib.

Hadisə zamanı avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

Oğuzda baş verən ağır qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Belə ki, qəza zamanı ölən şəxs 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidovdur. Qəzada xəsarət alan şəxs isə sürücü 1996-cı il təvəllüdlü Kənan Rəhman oğlu Əzizovdur.

Kənan Əzizovun vəziyyətinin ağır olduğu bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh