Oğuzda mikroavtobus qəzaya düşdü: Ölən və yaralananlar var - YENİLƏNİB

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəzaya uğrayan "Mercedes-Vito" markalı mikroavtobus Bakı-Balakən marşrutu üzrə sərnişin daşıyırmış. Qəza nəticəsində ölən və yaralanan sərnişinlərin hamısı Balakən rayon sakinləridir. Onlar Bakıdan Balakənə qayıdırdılar.
İlkin məlumata görə, hadisəyə yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
***22:40
Oğuzda qəza zamanı ölən şəxsin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində “Mercedes-Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***20:51
Oğuzda mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var.
Avtosfer.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes-Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Unikal)
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











