Oğuzda minik maşını aşdı: 7 YARALI VAR - YENİLƏNİB

Oğuz rayonu, Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan yeddi nəfər (iki kişi, beş qadın) avqustun 25-də saat 12:00-da Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir./oxu.az
***
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Kərimli kəndi ərazisində qeydə alınıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində "Mercedes" markalı, 10-XS-235 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində yeddi nəfərin yüngül xəsarətlə xəstəxanaya müraciət etdiyi bildirilir./report
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
Təcili yardım maşınıyla tikinti materialı daşıyan sürücü qəza törətdi - VİDEO
Sumqayıtda “KIA” və “Renault” toqquşdu - VİDEO
Yola baxmadan qəfil manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
“Şamaxinka”dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - VİDEO
Qıc olma keçirən sürücü maşınını digər avtomobilə çırpdı – FOTO - YENİLƏNİB
Sürət həddi qəzaya səbəb oldu - Kəməri taxmayan sürücü öldü, sərnişin isə... - VİDEO
Paytaxtda ölən motosikletçinin FOTOsu - YENİLƏNİB
Yasamalda iki eyni marşrut avtobusu toqquşdu - VİDEO
Gəncədə avtobus öncə “KIA” ilə toqquşdu, sonra ağaca çırpıldı - VİDEO
Yevlaxda ağır qəzada iki nəfər öldü - FOTO












