Oğuzda şagirdi maşın vurub

Oğuzda 11-ci sinif şagirdini maşın vurub. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, fevralın 23-ü axşam saatlarında Oğuz şəhəri M. Müşfiq küçəsi ev 8 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Validə Məlikşo qızı Səlimova ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Aparılan müayinə və araşdırma zamanı məlum olub ki, Oğuz şəhərindəki məktəblərin birində 11-ci sinif şagirdi, 17 yaşlı V. Səlimova repetitor yanında hazırlıqdan evə qayıdarkən, onu avtomobil vurub. Nəticədə V. Səlimova ağır kəllə-beyin travması alıb. Oğuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Oğuz şəhər sakini, Aqil Asim oğlu Əzizov idarə etdiyi "BMV" markalı, 10 BM 711 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən piyada V. Səlimovanı vurub.
Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












