Oğuzda yol qəzası oldu, xəsarət alan var - YENİLƏNİB

Sentyabrın 5-də saat 03:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata əsasən çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi cinsli) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə sol ayağın və sol qabırğaüstü nahiyənin küt travması və sıyrılmış yarası diaqnozu təyin olunub.
Zəruri tibbi xidmət göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb".
***
Bu gün saat 03:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Avtosfer.az teleqraf.az-a istinadən xəbər verir ki, 77 - MJ - 300 qeydiyyat nişanlı Prius markalı avtomobil ilə Mercedes C Clas markalı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan var.
Faktla bağlı araşdırma aparılır.
Sürücü 91 yaşlı qadını vurub öldürdü – “Görmədim, tələsirdim” dedi - VİDEO
Paytaxtın mərkəzində iki avtomobil toqquşub - VİDEO
Prospektdə ard-arda qayda pozan sürücü sonda qəza törətdi - ANBAAN VİDEO
Türkiyədə ağır qəza - Ölənlər var - FOTO
Qubada 3 maşın toqquşdu, biri aşdı - VİDEO - YENİLƏNİB
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO
Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı - VİDEO
Ağ şəhərdə avtomobil yol kənarındakı dirəyə çırpıldı - VİDEO
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - VİDEO
Suraxanıda idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO











