Oğuzda yük və minik avtomobilləri toqquşdu - YENİLƏNİB

Oğuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Oğuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, yanvarın 11-də, saat 15:10-da Oğuz rayonu, Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar üç nəfər (2 kişi, 1 qadın) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara bud sümüyünün yerdəyişmiş sınığı, bədənin müxtəlif nahiyələrinin səthi travmaları, daxili qanaxma, baldır sümüyünün açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən 1967-ci il təvəllüdlü şəxs (kişi) ixtisaslı tibbi xidmətin göstərilməsi üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti orta ağır qiymətləndirilən 1978-ci il təvəllüdlü (qadın) şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Vəziyyəti kafi qiymətləndirilən 1994-cü il təvəllüdlü şəxs (kişi) iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib"./oxu.az
***17:12
Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub.
Avtosfer.az xəbər verir ki, onlar 1978-ci il təvəllüdlü, Oğuz rayon sakini Mətanət Ustakişiyeva, 1967-ci il təvəllüdlü, Oğuz rayon sakini İlqar Abışov və 1994-cü il təvəllüdlü Ayxan Nəsibovdur.
***16:39
Oğuz rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Avtosfer.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO










