Oğuzdakı qəzada ölən və yaralananların kimliyi müəyyənləşdi - YENİLƏNİB

Oğuz rayonunda baş verən ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qəza zamanı həyatını itirən qadın Sumqayıt şəhər sakini, 31 yaşlı Arifə Səlimova olub.
Yaralanan şəxs isə Ağdam rayon sakini, 33 yaşlı Aygün Quliyevadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qəzayla bağlı araşdırma davam etdirilir.
***
Oğuzda baş verən ağır yol qəzası insan ölümü ilə nəticələnib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan “Nissan” markalı minik avtomobili aşıb. Qəza nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO
Ucarda iki “VAZ” toqquşdu, biri bordürə çıxdı - VİDEO








