Olimpiya mükafatçısı ardıcıl üç qəzadan sonra ölümdən döndü - FOTO

Ağırlıqqaldırma üzrə Türkiyə yığmasının üzvü Daniyar İsmayılov ölümdən dönüb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumat görə, 25 yaşlı Türkmənistan əsilli idmançı Ankarada ağır yol qəzası keçirib. Onun idarə etdiyi avtomobil işıq dirəyinə çırpılıb və qarşı zolağa keçib. Bu qəzadan bir neçə dəqiqə sonra isə toqquşmanın şiddətindən yola aşan işıq dirəyinə başqa bir avtomobil dəyib. Nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib. Polislər qəza yerində araşdırma apardıqları vaxt üçüncü avtomobil içərisində yağışdan qorunmaq üçün D.İsmayılovun da olduğu qəzalı nəqliyyat vasitəsinə çırpılıb və sürücü yaralanıb. İdmançı ardıcıl baş verən 3 qəzanın heç birində xəsarət almayıb. Qeyd edək ki, Daniyar İsmayılov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, ikiqat Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısıdır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ













