Ölkədə baş verən yol qəzaları can almağa davam edir - VİDEO

Yük maşını marşrut avtobusuna çırpıldı, 1 nəfər öldü. Dəhşətli qəza səhər saatlarında Sabirabadın Bulaqlı kəndi ərazisində baş verib. Nəticədə sərnişinlərinin əksəriyyəti məktəblilər olan avtobusda 11 yaşlı Vüsal Həsənov Hadisə yerindəcə ölüb.
Xəsarət alanlar 9 nəfərində əksəriyyəti məktəblidir. Onlardan 11 yaşlı Rəşad Həsənov, 16 yaşlı Şəmsiyyə Həziyeva, 9 yaşlı Ağamirzə Ağayev, 12 yaşlı Vüsal Əliyev, 11 yaşlı Rüfət Mehdiyev, 14 yaşlı Rəhman Mirzəyev, 17 yaşlı İlham Həziyev, 36 yaşlı Aybəniz Şirməmmədova, 52 yaşlı Vahid Balakişiyev, xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. 3 nəfərinin isə vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Samuxda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 30 yaşlı Əli Hüseynov hərəkətdə olarkən avtomobilin idarəetməsini itirib və avtomobil maneəyə çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Həmin vaxt ərazidən keçən şəhər sakini Əli Hüseynovu Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirib. Məlumata görə, o, xəstəxanaya gətirilərkən artıq keçinmiş vəziyyətdə olub.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












