Ölkədə “yol terroru” davam edir - 10 günə 32 nəfər öldü

Azərbaycanda yol terroru can almaqda davam edir. İlin son ayında baş verən qəzalarda ölən və yaralananların statiskası narahatlıq üçün əsas verir. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabr ayının ilk 10 günündə qəzaların qurbanı olanların sayını araşdırıb. Rəsmi məlumatlardan ortaya çıxna nəticə budur ki, bu günlər ərzində 94 nəfər qəzaya düşüb.
Onlardan 32 nəfəri vəfat edib, 62 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Həyatı bitənlərin 15 nəfəri piyada olub, 17 nəfər isə avtomobillərin toqquşmasının qurbanı olub.
Ən dəhşətli hadisə dekabrın 5-də baş verib. Bir gün ərzində 9 nəfər dünyasını dəyişib. Həmin gün qəzaya düşənlərdən yaralanaraq canını sağ qurtaran olmayıb. Dekabrın 9-da və 19-da hər gün 5 nəfər vəfat edib. Bu iki gün ərzində 17 nəfər xəsarət alıb.
Ən çox xəsarət alanların qeydə alınması isə dekabrın 7-dəki qəzalarda olub. Həmin gün 8 qəzada 14 nəfər yaralanıb, 5 nəfər ölüb.
Bu statistik aralıqdan bir gün öncə də yol terroru 4 can alıb. Noyabrın 30-dakı 5 qəzada həmçinin 7 nəfər xəsarət alıb.
Bu 10 gün üçün açıqlananlar sadəcə rəqəm olsa da, reallıqda 50-dən çox ailənin faciəsidir. Lakin bu “qətl”lərin ən ilkin səbəbləri, günə təxminən 10 nəfərin qurban olmasının qarşısını kimin alacağı, “təhlükənin qarşısını almaq üçün mümkün tədbirlər görməyən” sürücülərdən başqa kimlərin məsuliyyət daşımalı olduğu bəlli deyil.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












