Ölümlə nəticələnən avtomobil qəzası törədən şəxs həbs edilib

Şəki Apellyasiya Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bilal Nəbiyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Məhkəmə B.Nəbiyevi 6 il müddətinə azadlıqdan məhrum edib. Ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılıb. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2017-ci il tarixdən hesablanıb. B.Nəbiyev barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və o, məhkəmə zalında həbs edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb. İttiham aktına əsasən, ölümlə nəticələnən ağır yol qəzası 2016-cı ilin iyul ayının 7-si axşam saat 22:30 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib. Rayonun Fındıqlı kənd sakini, 1972-ci il təvəllüdlü B.Nəbiyevin idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosikletlə Aşağı Çardaqlar kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Mamayevin idarə etdiyi eyniadlı, dövlət qeydiyyat nişanı olmayan yük daşıyan motosiklet toqquşub. Qəza nəticəsində B.Nəbiyevin motosikletində sərnişin qismində olan, Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Pyotur Nikolayeviç Kuznesov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. B.Nəbiyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Digər motosikletin sürücüsü isə xəsarət almayıb. B.Nəbiyev Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Bu il fevralın 2-də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Nəbiyev 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum olunub. Hökmə görə, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanıb. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilib.
Dağlıq yolda dərəyə aşan maşının sürücüsü ÖLDÜ - VİDEO
Abşeronda FACİƏ: Azyaşlını motosiklet vurub öldürdü
Yasamalda zəncirvari qəza: Xəsarət alan var - VİDEO - YENİLƏNİB
Hövsanda sərnişin avtobusu ilə "Changan"ın toqquşmasına dair AÇIQLAMA - VİDEO
Ağdamda maşınla üç bacını və 4 yaşlı uşağı vurdu - YENİLƏNİB
Bakıda "Mercedes"lə BYD-nin toqquşmasının ANBAAN VİDEOSU
Türkiyədə zəncirvari qəza - Ölənlər və yaralananlar var - FOTO
Gənclər mağistralda avtoxuliqanlıq etdi - “Lada Granta” qəzaya düşdü - VİDEO
Ölkənin danışdığı motosiklet qəzasının arxasındakı əsas SƏBƏB
Bakıda əks yola çıxan skuter sürücüsü avtomobillə toqquşdu - REAL VİDEO
Göyçayda iki avtomobil toqquşaraq yararsız vəziyyətə düşdü - VİDEO










