Banner

Ölümlə nəticələnən qəza törədən qadın sürücü intihar etdi - VİDEO

Qəzalar 20 Oktyabr 2025 21:00 Oxunub 420
Ölümlə nəticələnən qəza törədən qadın sürücü intihar etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölümlə nəticələnən yol qəzasına səbəb olan qadın sürücü daha sonra intihar edib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Novosibirsk vilayətində baş verib. Belə ki, Ordinski rayonu ərazisində 29 yaşlı qadın sürücü idarə etdiyi  “Renault Sandero” markalı avtomobillə hərəkətdə olan zaman yolun əks istiqamətinə keçərək “DAF” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Renault” daha sonra “Volvo” markalı traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində DAF-ın sürücüsü, 1983-cü il təvəllüdlü kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. “Volvo”nun sürücüsü, 1970-ci il təvəllüdlü kişi də çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Yerli mətbuatın məlumatına görə, qəzaya səbəb olan qadın sürücü intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh