Ölümlə nəticələnən yol qəzası baş verib - Ucarda
Qəzalar
12 Avqust 2016 14:38

Araşdırma aparılır
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.
Gəncə şəhər sakini, 56 yaşlı Tağı Əli oğlu Haqverdiyev idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən piyada, Ucar rayon Qazyan kənd sakini, 65 yaşlı Esmira Musa qızı Məmmədovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində dünyasını dəyişib.
Hadisə şahidlərinin dediyinə görə, adıçəkilən ərazidə analoji hadisələr tez-tez baş verir. Buna əsas səbəb yolda yeraltı və yaxud yerüstü keçidin olmamasıdır.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Oxunub : 1403
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
ŞƏRH YAZ












