On ay ərzində yol-nəqliyyat hadisələrində həlak olanların STATİSTİKASI

"Cari ilin 10 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1 182 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 fakt azdır".
Bu məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında bildirib.
O qeyd edib ki, ölkəmizdə avtonəqliyyat vasitələrinin sayının artması fonunda görülən qabaqlayıcı tədbirlər nəticəsində yol-nəqliyyat hadisələrinin sayında azalma tendensiyası qorunub saxlanılıb.
"Yol-nəqliyyat hadisələrində həlak olan və xəsarət alanların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb.
Belə ki, cari ilin 10 ayı ərzində yol-nəqliyyat hadisəsində 601 nəfər həlak olub ki, bu göstərici ötən illə müqayisədə 101 nəfər, başqa sözlə 14,4 faiz azdır. Xəsarət alanların sayı isə 134 nəfər və ya 11,5 faiz azalaraq 1028 nəfər təşkil edib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməyə, xüsusilə sürücüləri yolda müəyyən edilmiş sürət həddini aşmamağa, sürəti yol və hava şəraitinə uyğun seçməyə, ötmə, manevretmə qaydalarını pozmamağa, nəqliyyat vasitələrinin sazlığını daim nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz və ya sərxoş halda sükan arxasına əyləşməməyə, piyadaları isə yol hərəkəti zamanı şəxsi məsuliyyət hissini unutmamağa, qaydalara riayət etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", - deyə M. Ağayev vurğulayıb.
(oxu.az)
Qaxda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - VİDEO - YENİLƏNİB
Füzulidə ağır qəza: ÖLƏN VAR
Cəlilabadda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
"Şamaxinka"da qorxunc QƏZA: Avtomobil yararsız hala düşdü - VİDEO
Piyadaya yol verən maşını vurdular; dərhal yanmağa başladı - VİDEO
Azərbaycanda ağır qəza: Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB
Səbaildə “Toyota” yük maşınına çırpıldı – Sıxlıq yarandı - VİDEO
Nazirlik Lənkərandakı qəza ilə bağlı məlumat yaydı
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR












