“Opel” məktəbin mühafizəçisini vurdu, öldü

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Ucar rayon sakini Rüstəm Hüseyn oğlu Ağayev idarə etdiyi "Opel" markalı minik maşını ilə yolu keçmək istəyən rayonun Qarabörk kənd sakini, 1958-ci il təvəllüdlü Maarif Əliyyə oğlu Murzəliyevi vurub. Ağır xəsarət alan zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, M. Murzəliyevə ilkin tibbi yardım göstərilsə də, o, xəstəxanada ölüb.
Məlumata görə, M. Mirzəliyev şəhər 5 saylı tam orta məktəbdə mühafizəçi işləyib. Hadisə də məhz məktəbin qarşısında baş verib.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












