"Opel" yaşlı qadını vurdu, vəziyyəti ağırdır - VİDEO

Ötən gün axşam saatlarında Bakı-Qazax magistralının Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, Tovuz rayon sakini Rövşən Abbasov idarə etdiyi "Opel Vectra" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Şəmkir sakini, 76 yaşlı Gülarə Namazovanı vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər qadına ilkin tibbi yardım göstəriblər. Vəziyyəti orta-ağırdır.
Anar Qasımov - həkim: "Şöbəyə qapalı kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş yaraları, sol bazu sümüyünün yuxarı üçdə birinin qapalı, yerini dəyişən sınığı ilə xəstə daxil olub. Xəstəyə ilkin yardım göstərilib. Hal-hazırda stasionar müalicədədir".
Hadisədən sonra qəzanı törədən sürücü polis tərəfindən saxlanılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhiqat Şöbəsində araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










