Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub

Ötən gün paytaxtda 3 nəfəri avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Suraxanı, Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Belə ki, Hövsan qəsəbəsində yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Ələkbərov Canpolad Baba oğlunu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb. İkinci hadisə "8-ci kilometr bazarı"nın qarşısında baş verib. Avtobus dayanacağında dayanan 1963-cü il təvəllüdlü Etibarova İnar Sədrəddin qızını minik avtomobili vurub. O, ağır xəsarət alıb. Digər yol-nəqliyyat hadisəsi isə Bilgəh qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Əliyev Tural Əli oğlu çimərlik ərazisindən çıxaraq çörək almağa gedərkən onu minik avtomobili vurub. T.Əliyev kəllə beyin travması alıb. Hər üç şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












