Ötən gün qəzada ölən şəxsin qaynı qəzaya düşdü, vəziyyəti ağırdır - Lənkəranda

Lənkəranda avtomobil qəzası olub, sürücü komaya düşüb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Belə ki, KİA markalı 10 MH 880 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən 30 yaşlı Sədaqətov Nicat Məmmədaza oğlu avtomaşının idarəetməsini itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ağır kəllə-beyin travması alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Koma vəziyyətində olan N.Sədaqətov reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, N.Sədaqətov dünən gecə Gərmətük kəndi ərazisində velosiped sürərkən avtomobillə vurulan, sonradan xəstəxanada dünyasını dəyişən Zamin Xəlilovun qaynıdır. O, mərhumun Rusiyadan mərasimə gələn qardaşını qarşılamaq üçün gedirmiş. Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ













