Ötən gün yol qəzalarında: 1 ölü, 7 yaralı

“Bakıda ötən gündən kəskinləşən hava şəraiti yollarda qəzalara səbəb olmayıb. Yalnız paytaxtın Qaradağ rayonu ərazisində yolun buz bağlaması müşahidə olunur. Hazırda həmin ərazinin təmizlənməsi üçün müvafiq texnika işləyir”.
Avtosfer.az xəbər verir ki, bu barədə virtualaz.org-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, ötən gün gecədən hava şəraitinin kəskinləşməsi ilə bağlı xəbərdarlıq olunsa da, bəzi sürücülər yola nasaz avtomobillərlə çıxıblar: “Qaradağdan başqa digər yollarda hərəkət intensivliyi müşahidə olunur. Yalnız körpülər olan bəzi hissələrdə sıxlıq yaşanıb. Bir də, sıxlığa səbəb nasaz avtomobillərlə yola çıxan sürücülərdir. Nasaz avtomobillərin bir neçəsinin xarab olub yolda qalması səbəbindən əsasən tunellərin girişində tıxaclar yaranıb. Elə Bakı-Sumqayıt yolunda yaranan tıxac da bu səbəbdən baş verib”, - deyə K. Əliyev bildirib.
Ötən gün ölkə ərazisində ümumilikdə 7 yol-nəqliyyat hadisəsinin qeydə alındığını deyən K. Əliyevin sözlərinə görə, bunların heç biri hava şəraiti ilə bağlı olmayıb: “Ötən gün respublika ərazisində 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölüm hadisəsi Beyləqan rayonunda baş verib. Noyabrın 21-də baş verən qəzada yaralanan şəxs dünyasını dəyişib. Ötən gün, həmçinin Yasamal rayonu ərazisində 1 piyada vurulub. Ümumiyyətlə, ötən gün baş verən qəzaların əksəriyyəti piyada vurulmalaraı ilə bağlıdır. Quba, Balakən rayonlarında analoji hallar qeydə alınıb”, - deyə şöbə rəisi bildirib.
Üç ildən sonra oğlu ilə eyni taleyi yaşadı... - FOTO
Saman daşıyan yük maşını sərt döngədə avtomobillərin üzərinə aşdı - VİDEO
İran vətəndaşı Bakı-Quba yolunda qəzaya səbəb oldu: YARALI VAR - YENİLƏNİB
Bakı-Qazax yolunda ağır qəza - Yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB
Sumqayıtda qaldırıcı kran aşdı - FOTO
Gəncədə maşının arxa təkəri dəmirə dəydi; ağır qəza baş verdi - Ölən var
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - FOTO
Yüksək sürət ağır qəzaya səbəb oldu – Sərnişin maşından havaya uçdu – ANBAAN VİDEO
Yasamalda qəza törədən moto-kuryer hadisə yerindən qaçdı - REAL VİDEO
Laçın-Şuşa yolunda HƏRBÇİLƏR QƏZAYA DÜŞDÜLƏR: ÖLƏN var - YENİLƏNİB
Faciəli şəkildə ölən gizirin FOTOsu









