Otla dolu traktor qoşqusu yandı - Balakəndə

Qəzalar 19 İyun 2017 08:06
Otla dolu traktor qoşqusu yandı - Balakəndə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Balakəndə yanğın hadisəsi qeydə alınıb. Avtosfer.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonu, Tülü kəndində vətəndaşa məxsus "T-80" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Traktor və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxunub : 1121
ŞƏRH YAZ
Ad

E-mail

Şərh