Otla dolu yük maşını yandı - İsmayıllıda

İsmayıllı rayonun Girk kəndində yanğın hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Xurşudov Cümşüd Hüseyn oğlu idarə etdiyi 41-BB-886 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük avtomobili ilə Girk kəndinə ot bağlaması apararkən baş verib. Yük yerinə yığılan ot bağlamaları yüksək gərginli elektrik naqilinə ilişərək onu qırıb. Naqil otun üstünə düşərək yanğın törədib. Yük yerindəki 8 ton ot bağlaması və maşın yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in İsmayıllı və Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Kənardakı evlər, ağaclar, həyətyanı sahələr yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












