Banner

Ötmənin qadağan edildiyi yerdə ötmə edən sürücü qəzaya düşüb öldü - VİDEO

Qəzalar 12 Sentyabr 2025 23:06 Oxunub 614
Ötmənin qadağan edildiyi yerdə ötmə edən sürücü qəzaya düşüb öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qayda pozan sürücü yol qəzası törədərək ölüb. Avtosfer.az xəbər verir ki, Rusiyada baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, Voronej şosesində “Chevrolet Aveo” markalı avtomobili idarə edən 36 yaşlı kişi yolun ötmək qadağandır hissəsində ötmə əməliyyatı yerinə yetirən zaman əks istiqamətə çıxıb. Bu zaman qarşı zolaqdan gələn 42 yaşlı qadın sürücünün idarə etdiyi “TagAZ Tager” markalı maşınla toqquşub. Qəza nəticəsində ağır xəsarətlər alan 36 yaşlı sürücü hadisə yerində ölüb. Digər maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh