Özbəkistanda dəhşətli yol qəzası: 7 ölü, 9 yaralı

Özbəkistanın Daşkənd vilayətinin Anqren şəhərində səkkiz avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Özbəkistanın Daxili İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, "Shacman" markalı yük maşınının sürücüsü idarəetməni itirərək hərəkət istiqamətində dəmir yolu keçidində dayanmış iki yük maşını və beş minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində 7 nəfər hadisə yerində ölüb, daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, 4 nəfərə yerindəcə yardım göstərilib.
Hadisəni araşdırmaq, həlak olanlara və onların ailələrinə yardım göstərmək üçün Baş nazirin müavini Açılbay Ramatovun rəhbərliyi ilə Hökumət Komissiyası yaradılıb.
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var












