Banner

Özgü Namal övladları ilə birlikdə qəzaya düşdü - YENİLƏNİB

Qəzalar 12 Noyabr 2025 17:06 Oxunub 232
Özgü Namal övladları ilə birlikdə qəzaya düşdü   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məşhur aktrisa Özgü Namal xəstəxanadan evə buraxılıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin müayinələrdən sonra sənətçinin və ailə üzvlərinin ciddi xəsarət almadıqları müəyyənləşib.

"Hamımız yaxşıyıq", - deyə aktrisa vəziyyətlərinin yaxşı olduğunu bildirib.

***

Məşhur türkiyəli aktrisa Özgü Namal bu gün səhər saatlarında uşaqları ilə birlikdə avtomobil qəzasına düşüb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra aktrisa və uşaqları xəstəxanaya aparılıblar.

Aktrisanın meneceri tanınmış sənətçinin və övladlarının durumunun yaxşı olduğunu bildirib.

"Beykozda aktrisanın olduğu avtomobili başqa bir maşın vurub. Təhlükəsizlik kəmərlərindən istifadə və təhlükəsizlik yastıqlarının açılması sayəsində ciddi xəsarətlərin qarşısı alınıb", - deyə aktrisanın nümayəndəsi bildirib.

Qeyd edək ki, Özgü Namal daha çox "Kurtlar Vadisi" serialında "Elif" rolu ilə məşhurlaşıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh