Özgü Namal övladları ilə birlikdə qəzaya düşdü - YENİLƏNİB

Məşhur aktrisa Özgü Namal xəstəxanadan evə buraxılıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin müayinələrdən sonra sənətçinin və ailə üzvlərinin ciddi xəsarət almadıqları müəyyənləşib.
"Hamımız yaxşıyıq", - deyə aktrisa vəziyyətlərinin yaxşı olduğunu bildirib.
***
Məşhur türkiyəli aktrisa Özgü Namal bu gün səhər saatlarında uşaqları ilə birlikdə avtomobil qəzasına düşüb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra aktrisa və uşaqları xəstəxanaya aparılıblar.
Aktrisanın meneceri tanınmış sənətçinin və övladlarının durumunun yaxşı olduğunu bildirib.
"Beykozda aktrisanın olduğu avtomobili başqa bir maşın vurub. Təhlükəsizlik kəmərlərindən istifadə və təhlükəsizlik yastıqlarının açılması sayəsində ciddi xəsarətlərin qarşısı alınıb", - deyə aktrisanın nümayəndəsi bildirib.
Qeyd edək ki, Özgü Namal daha çox "Kurtlar Vadisi" serialında "Elif" rolu ilə məşhurlaşıb.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












