Özünü maşının altına atan uşaq ölümdən belə qurtuldu - VİDEO
Qəzalar 15 Aprel 2021 15:20 Oxunub 9084
Özünü maşının altına atan uşaq ölümdən belə qurtuldu  - VİDEO

Yola qaçan uşaq ölümdən son anda qurtuldu. Görüntülər anbaan avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, valideynin nəzarətindən çıxan uşaq qəfildən yola qaçaraq avtomobilin qarşısına çıxıb. Sürücü təhlükəni görən anda əyləci sıxaraq avtomobili dayandıra bilib. Uşağın yanında olan qadın özünü günahlandırmaq əvəzinə sürücünü günahkar çıxarmağa çalışıb.

Bu cür halların baş verməməsi üçün yolda hərəkət edərkən azyaşlı uşaqların əlindən tutmaq və onlarla maarifləndirici danışıqların aparılması lazımdır. Uşaq yaşlarından onlara yolu müəyyən olunmuş yerdən keçməyi öyrətmək lazımdır.

Sürücülər isə belə hallarda vaxtında reaksiya vermələri üçün sükan arxasında fikri yayındıracaq hərəkətlərdən çəkinməli, hərəkət sürətini aşmamalı və mobil telefondan istifadə etməmələdir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh