Pambıqçıların qəzaya düşməsilə bağlı ekspertiza təyin olunub

Oktyabrın 27-də Goranboy rayonunda pambıqçıları daşıyan avtobusun qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Goranboy rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı avtotexniki ekspertiza təyin edilib: "Hələlik avtotexniki ekspertizanın cavabları məlum olmadığından fakta görə cinayət işi başlanmayıb".
Qeyd edək ki, oktyabrın 27-də axşam saatlarında Goranboy rayonunda fəhlələri pambıq sahəsindən gətirən avtobus rayonun Nadirkənd kəndində körpüdən çaya aşıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı 25 nəfər xəsarət alıb. Onlardan ikisi Gəncə şəhər Mərkəzi Xəstəxanasına, 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












