Pasport qeydiyyat şöbəsinin keçmiş rəisi qəza törətdi - Göyçayda
Qəzalar
19 Aprel 2017 11:21

Xəyal Məmmədov hadisə yerində dünyasını dəyişib
Göyçay rayonunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə saat 00:30 radələrində, Ucar-Göyçay yolunda qeydə alınıb. Belə ki, Göyçay rayon Çayarxı kənd sakini, 1979-cu il təvəllüdlü Xəyal Xanlar oğlu Məmmədov idarə etdiyi "Toyota" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb. X.Məmmədov hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, X.Məmmədov Göyçay Rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi olub. O, bu yaxınlarda daxili işlər nazirinin müvafiq əmri ilə işdən azad edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub : 1436
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
ŞƏRH YAZ












