Paytaxtda avtobus qəzaya səbəb oldu - FOTO

Bakıda avtobus sürücüsünün kobud qayda pozuntusu qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb. 165 nömrəli marşrut xətti ilə hərəkət edən 10 TG 831 dövlət nömrə nişanlı sərnişin avtobusunun sürücüsü yol nişanının tələbini pozaraq Beyləqan rayon sakini Mahir Orucovun idarə etdiyi "Mercedes" markalı avtomobilin yoluna çıxıb. Sürücü M.Orucovun sözlərinə görə, qəzadan yayınmağa çalışsa da, bu heç cürə mümkün olmayıb. Qəza zamanı xəsarət alan olmaza da, "Mercedes" markalı avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin olunub. Qəza ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Yararsız hala düşən "Mercedes" markalı avtomobil yol polisinin duracağına aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO


















