Banner

Bakıda "Porsche"nin düşdüyü qəzada baş verən GÜCLÜ YANĞININ GÖRÜNTÜSÜ - VİDEO - YENİLƏNİB

Qəzalar 12 Dekabr 2025 09:41 Oxunub 450
Bakıda "Porsche"nin  düşdüyü qəzada baş verən GÜCLÜ YANĞININ GÖRÜNTÜSÜ  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

"Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb", - məlumatda deyilir.

Avtomobillər, ağaclıq sahə və ətraf ərazilərin yanğından mühafizə olunduğu vurğulanıb.

 


***09:12
Paytaxtın Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bəkir Çobanzadə küçəsində hərəkətdə olan “Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub. Hadisədən sonra maşınlardan biri qaz xəttinə çırpılıb. Nəticədə güclü yanğın başlayıb. 

Yanğın FHN qüvvələri tərəfindən lokallaşdırılıb.

İki nəfər xəsarət alanın olduğu bildirilir.

Yanğın nəticəsində bir neçə ağaca da ciddi ziyan dəyib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh