Paytaxtda qəza: “Mercedes-Sprinter” parklanmış “Hyundai”a çırpıldı - VİDEO
Qəzalar
25 Sentyabr 2023 20:30
Oxunub 918

Ara məsafəsinə məhəl qoymayan sürücü qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə bir neçə gün əvvəl paytaxtın mərkəzi küçələrindən birində baş verib. Videodan göründüyü kimi, “Hyundai” markalı avtomobil, “Mercedes” markalı minik vasitəsi tərəfindən vurulub. Yolun sağ zolağına keçən “Hyundai” sürücüsü maşınını park edib və avtomobilindən düşüb. Yolu keçmək istəyən sürücü bu zaman arxadan gələn “Mercedes”in dayanmadan hərəkətdə olduğunu görüb. O, səkiyə çıxaraq həyatını qurtarsa da avtomobilini labüd qəzadan xilas edə bilməyib. “Mercedes” parklanmış “Hyundai”ya çırpılıb. Nəticədə hər iki nəqliyyat vasitəsi zədələnib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













