Peşəkar sürücü, yoxsa mükəmməl avtomobil: Bir qəzanın təhlili

Bir neçə gün əvvəl Serbiya Prezidenti Aleksandar Vuçiçin avtomobilinin təkərinin çıxması barədə məlumat saytların baş xəbəri oldu.
Avtosfer.az xəbər verir ki, indi qəzanın bəzi detalları üzə çıxıb. Xarici KİV-lərin məlumatına görə, prezidentin xidməti avtomobili Audi A8-in zirehli versiyasıdır. Avtomobilin kütləsi 3,5 tondur. Bu maşınlara adətən “Michelin PAX 255-720 R490” şinləri quraşdırılır. Böyük ehtimalla diskdə və ya təkərdə olan hansısa qüsur belə bir problemin ortaya çıxmasına səbəb olub. Zirehli avtomobillər ağır olduğu üçün təkərlər də tez sıradan çıxır. Bir qayda olaraq, prezident kortejində avtomobillər sürətlə hərəkət etdiyi üçün şinlərin dəyişmə tezliyi artır. Belə bir şinin 1 ədədinin qiyməti təxminən 8800 manatdır.

Ekspertlər sürücünün peşəkarlığını və avtomobilin özünü aparmasını xüsusi vurğulayıblar. 100 km/saat sürətlə gedən avtomobil təkər çəmbərdən çıxdıqdan sonra da ziqzaq cizməyib. Bu da texnikanın üstünlüyünü göstərir. Sürücü də avtomobili qısa müddətdə yolun sağına çəkərək saxlamağı bacarıb. Aztonajlı yük avtomobili çəkisində olan texnikanı bu sürətdə ram etmək hər sürücünün işi deyil. Şübhəsiz ki, o, xüsusi hazırlanmış şəxsdir.
Vüqar Yaşaroğlu
Bakıda piyadanı avtomobil vuraraq öldürdü - ANBAAN VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO












