Pilot qapı arasında qalıb öldü

Finlandiyanın Kittil aeroportunda şəxsi təyyarənin pilotu bədbəxt hadisə nəticəsində həyatını itirib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, insident bir gün əvvəl baş verib. Yerli polisin məlumatına görə, 20 oturacaqlı “Gulfstream G150” laynerinin kapitanı kabinaya daxil olan zaman qapı qəfil bağlanıb və pilot onun arasında qalıb. O, aldığı xəsarətdən pilotun hadisə yerində keçinib. “Zərbədən təyyarənin qapısının bəzi fraqmentləri 10 metrdən çox məsafəyə qədər səpələnib. Göyərtədə nəsə baş verib. Hadisə ilə bağlı hələlik qaranlıq qalan digər məsələlər də var. Biz hadisəni təfsilatlı şəkildə araşdırırıq”, – deyə Finlandiyanın aviasiya hadisələrinin araşdırılması üzrə bürosunun nümayəndəsi Sakari Lauriala yerli telekanala verdiyi müsahibədə bildirib. Həlak olan pilotun 50 yaşlı Almaniya vətəndaşı olduğu müəyyənləşib. Hadisə anında göyərtədə ondan başqa heç kim olmayıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












