Pirallahıda piyadanı vurub qaçan sürücü saxlanıldı

İyunun 22-də saat 23 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması nəticəsində xəsarət alması barədə məlumat daxil olub.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, məlumat aidiyyəti üzrə Pirallahı Rayon Polis Şöbəsinə (RPŞ) ünvanlanıb.
Dərhal hadisə yerinə gələn RPŞ əməkdaşları hadisə yerini müayinə edib, yaralının təcili xəstəxanaya çatdırılması təmin olunub və vaxtında yardım göstərildiyindən onun həyatı üçün təhlükə aradan qalxıb.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə həmin vaxt oradan keçən bir neçə maşın müəyyən edilib. Əməliyyat yolu ilə əldə edilən məlumatlarla həmin maşınlardan "Mercedes" markalı yük avtomobili daha çox şübhə doğurduğundan onun tapılması üçün axtarışlara başlanılıb.
Pirallahı RPŞ DYPB-nin əməkdaşları tərəfindən həmin maşının Xəzər rayonunun Zirə qəsəbəsində olduğu müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes-Benz-Atego" markalı yük maşınını idarə edən Masallı rayon sakini Ramin Şahbazov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Kriminalistlik ekspertiza hadisə yerindən götürülən maddi sübutların həmin avtomobilin sınmış şüşələri və əzilmiş hissələri ilə eyniyyət təşkil etdiyini aşkara çıxarıb.
Pirallahı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO










