Pirşağıda ağır QƏZA: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Novxanı-Pirşağı yolu ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 66 yaşlı şəxs (kişi) yol-nəqliyyat hadisəsi səbəbi ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, qarının küt travması və daxili qanaxma diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Pasiyentin ailə üzvləri tərəfindən yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edilib", - deyə məlumatda bildirilib.
***12:06
Bakının Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, hadisə Pirşağı qəsəbəsi ərazisində qeydə alınıb. "Nissan Pathfinder" və KIA markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələri yararsız halda düşüb. Xəsarət alanların olduğu bildirilir.
İlkin məlumatda hadisənin yüksək sürət səbəbindən baş verdiyi qeyd edilib.
Hadisə ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












