Piyada keçidindən istifadə etməyən qadını maşın vurub öldürdü - VİDEO
Qəzalar
1 Oktyabr 2025 23:06
Oxunub 1026

Piyada keçidindən istifadə etməyən qadını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Simferopol şosesində işıqforun piyadalar üçün qırmızı olduğu halda keçidin bir neçə santimetr kənarından yolu keçən 69 yaşlı qadını sürətlə hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili vurub. Zərbənin təsirindən piyada havaya qalxaraq bir neçə metrə qarşıya düşüb və asfaltda sürüklənib.
Qəza nəticəsində ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
ŞƏRH YAZ














