Piyadalar təsadüf nəticəsində həyatda qaldılar - Taksi ağır qəza törətdi - VİDEO
Qəzalar
20 İyul 2022 17:14
Oxunub 858

Türkiyənin Samsun şəhərində idarəetməni itirən taksi sürücüsü avtomobili qoruyucu dirəklərə və yol kənarında olan zibil konteynerinə çırpıb.
Hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Hadisə vaxtı yoldan keçən iki piyada yalnız xoş təsadüf nəticəsində faciədən qurtula biliblər.
Zərbənin gücündən qoruyucu dirəklər və zibil konteynerləri yol kənarında olan mağazaların şüşələrini qıraraq içəriyə daxil olub.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













