Piyadaları vuran sürücünü yaxaladı - VİDEO

Dünən Moskvada əslən azərbaycanlı olan Vasif Abışov adlı şəxs xeyli sayda insan tələfatının qarşısını alıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına əsasən, yerli vaxtla 19:45-də Altüfyev şosesində avtomobil yüksək sürətlə gələrək yolu keçən piyadaları vurub və hadisə yerindən qaçıb. Nəticədə dörd nəfər xəsarət alıb. Hadisənin şahidi olan Abışov yeni qurbanların olmaması üçün cəld öz avtomobili ilə qəzanın səbəbkarının ardınca sürüb. “Piyadalar həmin an yaşıl işıqda yolu keçirdilər. O, insanları yüksək sürətlə vurub hadisə yerindən qaçdı. Həmin an orada məndən savayı heç kim yox idi. Mən cəld qazı basıb onun dalınca sürdüm. Bir az sonra, o, avtomobilini saxlayıb çıxdı və yerə oturdu. Həmin an mən onu yaxaladım. Onu avtomobilimə oturdub polisə təhvil verdim”, - deyə Abışov bildirib.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












