Piyadaların ölümü ilə nəticələnən iki yol qəzası baş verib

Ağcabədi rayonunda piyadaların ölümü ilə nəticələnən iki yol qəzası baş verib. Qəzalardan biri rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, həmin ərazidə yolu keçmək istəyən rayon sakini Talıb Quliyevi "KamAZ" markalı yük avtomobili vurub. Nəticədə o, ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T.Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Qəzani törədən sürücü hadisə yerindən qaçmağa cəhd göstərib. Lakin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “KamAZ” markalı avtomobilin sürücüsü - Laçın rayon sakini Sahib Nəsibov saxlanılıb.
Digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində baş verib. Rayon sakini Xosrov Əsədov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən Cəfərbəyli kənd sakini Cəfər Məmmədovu vurub. Nəticədə o, ağır xəsarət alıb. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
"Report"
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












