Banner

Piyadanı görməmək sürücüyə baha başa gəldi - VİDEO

Qəzalar 10 Mart 2023 13:09 Oxunub 804
Piyadanı görməmək sürücüyə baha başa gəldi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Piyadanın həyatını xilas etsə də qəza törətdi.

Avtosfer.az xəbər verir ki, sosial media izləyicilərinin diqqətini cəlb edən hadisə Rusiyanın Sankt-Peterburq vilayətində qeydə alınıb. Həvəskar kamerasına düşən görüntülərdən bəlli olduğu kimi, magistral yolda irəliləyən avtomobil yolun ortasında dayanan gəzmə məhdudiyyətli piyadanı son anda görərək anidən idarəetməni itirib. Nəticədə dirəyə çırpılan avtomobilin ön hissəsi yararsız hala düşüb, sürücü isə yüngül baş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 
Aparılan araşdırmalar zamanı əlil piyadanın günün müxtəlif saatlarında o ərazidə duraraq sürücülərdən pul diləndiyi və belə hadisənin bir neçə dəfə həmin yolda qəza yaratdığı müəyyənləşib. Buna baxmayaraq sürücünün göstərilən sürətdən yüksək hədlə avtomobili idarə etməsi və səbrsiz davranaraq öndəki nəqliyyat vasitəsini keçməyə fokuslanması qəzanı yaradan başlıca amildir. Sürücü sükan arxasına əyləşərkən ekstra diqqətli davranmağı unutmamalıdır. 

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh