Piyadanı öldürən sürücü polisə təslim oldu - FOTO

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Ələt-Astara yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, naməlum avtomaşın 1976-cı il təvəllüdlü qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib. Piydanın ölümünə səbəb olan sürücünün şəxsiyyəti məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, 1987-ci il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Muradov Kamil Əyyar oğludur. O, özü polisə gələrək təslim olub. Sürücü, "Mercedes" markalı 90-KF-505 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1976-cı il təvəllüdlü Gərmətük qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ















