Piyadanı vuran hansı deputatın oğludur?

Paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs millət vəkili Fəzail İbrahimlinin oğludur. Avtosfer.az-ın axar.az-a istinadən məlumatına görə, qəzanı törədən şəxs İbrahimli Yalçın Fəzail oğlu deyil. Qeyd edək ki, millət vəkilinin oğlu Tibb Universitetinin qabağında idarə etdiyi "Cip" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb. Qeyd edək ki, mətbuat hadisəni törədən şəxsin deputat Fəzail Ağamalının böyük oğlu olduğunu yazmışdı. Ana Vətən Partiyasından verilən açıqlamada isə F.Ağamalının oğlunun 44 yaşı olduğu və 15 gündür Türkiyədə olduğu əsas gətirilərək, fakt təkzib edilmişdi.
Maraqlıdır ki, Nərimanov Polis İdarəsinin növbətçi hissəsindən qəzanı Yalçın Fəzail oğlu Ağamalının törətdiyi bildirilmişdi.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












