Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutuldu - Şirvanda

Şirvan şəhərində piyadanı avtomobillə vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanılıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, martın 6-da gecə saat 1.00 radələrində Şirvan şəhəri T.İsmayılov küçəsində Şirvan sakini, 1955-ci il təvəllüdlü Abışov Rüstəm Qardaş oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü hadisə yerindən qaçıb. Şirvan Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni Şirvan sakini, 1969-cu il təvəllüdlü Ələkbərov Cahid Rizvan oğlu idarə etdiyi “Opel Astara” markalı 90 DB 469 dövlət nömrə nişanlı avtomobillə törədib. C.Ələkbərov polis tərəfindən saxlanılıb. Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












