Piyadanı vurub qaçan sürücü saxlanıldı - Astarada

Astarada piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı apa-ya Astara Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) rəisi İlqar Rəhimzadə verib.
Onun sözlərinə görə, 52 yaşlı qadını vuran onun həmkəndlisi, Astaranın Şahağacı kənd sakini, 1990-cı il təvəllüdlü Əsəd Novruz oğlu Bəşirov olub. Ə. Bəşirov polis əməkdaşlarının həyata keçirdikləri zəruri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaq orqanlarına təhvil verilib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Astara rayonunun Şahağacı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Naməlum minik avtomobili yolun kənarında dayanmış 52 yaşlı kənd sakini Təliqə Mehdi qızı Quliyevanı vuraraq hadisə yerindən qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri almış piyada yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Çanaq sümüyünün sınığı, qapalı kəllə-beyin travması və sağ baldırının sınığı diaqnozu qoyulmuş zərərçəkmiş zəruri tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq çoxlu qan itirmiş Təliqə Quliyevanın həyatını xilas etmək mümkün olmayıb. Qadının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












