Piyadanı vurub qaçan sürücü tutuldu

Salyan rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. Yanvarın 5-də saat 21 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən hissəsində naməlum avtomobillə 1982-ci il təvəllüdlü Rəşad Xanəliyev vurulub, sürücü isə hadisə yerindən qaçıb. Nəticədə R.Xanəliyev aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Yol nəqliyyat hadisəsinin “VAZ-2107” markalı, 90 VK 615 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliyev Elxan Nəriman oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Emin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












