Piyadanı vurub qaçan sürücü tutulub - Cəlilabadda

Cəlilabad rayonunda piyadanı vurararaq hadisə yerindən qaçan sürücü saxlanılıb. Avtosfer.az xəbər veri ki, bu barədə Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) apa-nın cənub bürosuna verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü, Cəlilabad rayonun Fərzili kənd sakini, 1987-ci il təvəllüdlü Anar Ümidvar oğlu Şükürov tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, hadisə srağagün axşam saatlarında Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə qəzadan sonra hadisə yerindən qaçıb.
Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












