Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - Balakəndə

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Balakən Rayon Mərkəzi xəstəxanasından (RMX) apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 3-dən 4-ə keçən gecə rayonun Qazma kənd sakini, 1986-cı il təvəllüdlü Elnar Xalahacı oğlu Xanlayev avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkimlərin səyinə baxmayaraq 30 yaşlı Elnar Xanlayevin həyatını xilas etmək mümkün olmayıb. Elnar Xanlayev bu gün səhər saat 06 radələrində xəstəxanada keçinib.
Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, rayonun Tülü kənd sakini 1964-cü il təvəllüdlü Elxan Yunus oğlu Yunusof idarəetdiyi “VAZ 21010” markalı 08 BD 673 dövlət nömrə nişanlı avtomobillə Qazma kəndi ərazisində hərəkətdə olarkən yolu keşmək istəyən piyada Elnar Xanlayevi vurub.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












