Piyadanın ölümünə səbəb olan sərxoş sürücü tutuldu - Ağstafada

Ağstafa rayonunda piydanın ölümünə səbəb olan sürücü saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iyunun 27-də gecə saatlarında rayonun Vurğun qəsəbə sakini, 1964-cü il təvəllüdlü Namiq Həbib oğlu Yüsibovu vuraraq hadisə yerindən qaçan rayon sakini, 1990-cı il təvəllüdlü Ruslan Temuraz oğlu Kəbiyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, piyada və sürücü sərxoş olub. Belə ki, sərxoş halda avtomobil yolu ilə gedən N.Yüsibov anidən özünü maşının önünə atıb. Yüksək sürətlə idarə etdiyi "VAZ-2106" markalı avtomobili saxlaya bilməyən sürücü isə onu vurub. Hadisəni törətdikdən sonra isə sərxoş sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində sürücü Eynallı kəndində saxlanılaraq istintaqa cəlb olunub.
Qeyd edək ki, piyada N.Yusibov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












