Piyadanın ölümünə səbəb olan sürücü saxlanıldı - FOTO

Lənkəran rayonunda piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Masallı rayonunun Musakücə kənd sakini, 1958-ci il təvəllüdlü Bağır Məmmədhəsən oğlu Həsənov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə hərəkətdə olan zaman, yolu keçmək istəyən Xırdalan şəhəri, Quşçuluq qəsəbə sakini 57 yaşlı Dəstəgül Əzəmət qızı Şəmiyevanı vurub. Sürücü hadisə yerindən qaçıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan D.Şəmiyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb. Hadisə yerinin müayinəsi zamanı yerdə "VAZ-21099" markalı avtomaşına aid yan güzgünün qalıqları aşkar edildiyindən bu istiqamətdə əməliyyat tapşırığı verilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı qəzanı törətməkdə şübhəli bilinən B.Həsənov DYP-nin "Göytəpə" postunda saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ

















